Dərc edildi: Baxış sayı: 233
Qəsəbə sakini: “Beş dəqiqəlik yolu yarım saata gedirik” - VİDEO
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Suraxanı rayonu, Bahar qəsəbəsinin sakinləri yol problemindən əziyyət çəkirlər.
Sakinlər bildiriblər ki, qəsəbəyə avtomagistraldan giriş yoxdur, amma çıxış var. Giriş olmadığı üçün də beş dəqiqəlik məsafəni yarım saata qət edirlər.
“Bizim bu qəsəbəyə baxan yoxdur. Buradan məktəbə gedib-gəlmək üçün zülm çəkirik. Şəhərdən gələndə gərək gedib Pirallahıdan dönüb gələsən. Buradan şəhərə gedə bilirik, amma şəhərdən gələndə içəri girə bilmirik”, - qəsəbə sakini narazılığını bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət