Slimfit
  1. MEDİA

“Qəsdənmi insanların əsəbləri ilə oynayıb onları dövlətə qarşı qaldırırsız?” - Deputat

“Qəsdənmi insanların əsəbləri ilə oynayıb onları dövlətə qarşı qaldırırsız?” - Deputat
Sakura

“Qəsdənmi insanların əsəbləri ilə oynayıb onları dövlətə qarşı qaldırırsız?” - Deputat

“Bu ölkə hüquq dövlətidir! Bu dövlət qanunlarla idarə olunur! Bu qanunların da hüququn da fövqündə insan amili dayanır”.

Ens.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu deputat Bəhruz Məhərrəmov deyib. O, bildirib ki, aylardır insanımızı evdə dustaq etmişik, azadlığını əlindən almışıq, nə üçün və nəyə xatir? 

“Daha qiymətli olan yaşamaq hüququna xələl gəlməməsi, genofondumuzu, milli mövcudiyyətimizi təhlükəyə atmamaq üçün! Şükür ki, nəticəmiz də var, günlük 600 yoluxmanı 6 dəfə azalda bilmişik. Amma təhlükə hələ də qalmaqdadır. Xəstəlik qorxusu, pandemiyadan doğan maddi sıxıntılar kabus kimi insanımızın üzərinə çöküb. Hər kəs gərgindir, amma dözürük, dözməliyik də! 

Çünki ortada hüququn əmri var, hökumətin qərarı var. Vətəndaş görür ki, qayda hamı üçündür, hətta dövlətin başçısı belə tibbi maskasız hərəkət etmir, nə qədər çətin olsa da cənab Prezident də işini Operativ qərargahın tələblərinə və pandemiya şəraitinə uyğunlaşdırıb.

Dövlət bu yolda milyardlar xərcləyib. Hər kəsin bir yumruq misalı birləşməli olduğu ən həssas məqamımızda bu nə demək idi?

Qəsdənmi insanların əsəbləri ilə oynayıb onları dövlətə qarşı qaldırırsız?

Hüququ, qanunu qəsdənmi əzib yararsız hala salırsınız?!

Təəssüf!”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR