Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qərbi Nil virusu Türkiyəyə yaxınlaşdı, ölən var

Qərbi Nil virusu Türkiyəyə yaxınlaşdı, ölən var
Sakura

Ölkədə xəstəliyin nəzarətə saxlanılması üçün bütün tədbirlər görülüb

Şimali Kiprdə bir nəfər Qərbi Nil virusundan dünyasını dəyişib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Şimali Kiprin Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gündən etibarən 7 nəfər xəstəlik şübhəsilə xəstəxanada müşahidə altında saxlanılır. Onların qan nümunələri Türkiyəyə göndərilib. Nəticələr cəmiyyətə açıqlanacaq.

Həmçinin bildirilib ki, ölkədə xəstəliyin nəzarətə saxlanılması üçün bütün tədbirlər görülüb.

Xatırladaq ki, qərbi Nil virusu ilk dəfə 1937-ci ildə Uqandada meydana gəlib və daha sonra dünyaya yayılıb. Xəstəliyin gizli müddəti 2-14 gündür. Xəstəliyə yoluxmuş insanların 80 faizində heç bir əlamət müşahidə edilmir.

Xəstəlik zamanı bəzi xəstələrdə yüksək temperatur, baş, kürək ağrıları, qusma və ürək bulanması, yuxusuzluq və s. əlamətlər müşahidə edilə bilər. Bu əlamətlər ağcaqanad sancdıqdan 2-14 gün sonra meydana gələ bilər. Xəstəlik daha çox 50 yaşından böyük şəxslər üçün təhlükəlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR