Slimfit
  1. DÜNYA

Qərb üçün təhdid Türkiyədən deyil, bu ölkədən gələ bilər

Qərb üçün təhdid Türkiyədən deyil, bu ölkədən gələ bilər
Sakura

Qərb üçün təhdid Türkiyədən deyil, bu ölkədən gələ bilər

Türkiyədə davam edən valyuta böhranından daha çox, Avropa bankları üçün problem İtaliyadan gələ bilər.

Axar.az xəbər verir ki, bu barədə CNBC televiziyasında bildirilib.

CNBC-yə açıqlamasında mütəxəssis Tom Kinmont növbəti 3 ayda İtaliyada baş verəcək proseslərin bütün Avropa bank sektorunun qarşıdakı 3-5 ilinin mənzərəsini müəyyən edəcəyini söyləyib.

Bildirilir ki, İtaliya Avropanın ən böyük üçüncü iqtisadiyyatına sahib ölkədir. Hazırda ölkənin yeni koalisiya hökuməti növbəti ilin büdcəsi üzərində çalışır. Maliyyə planı avropalı rəsmilər və ən əhəmiyyətlisi bazar iştirakçıları tərəfindən diqqətlə öyrəniləcək.

Qeyd edək ki, hakimiyyətdəki koalisiyanı təşkil edən Şimal Liqası və Beş Ulduz Hərəkatı Avropa Birliyinin hökumətin borcları və xərcləri ilə bağlı məhdudiyyətlərini sərt şəkildə tənqid edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR