Dərc edildi: Baxış sayı: 221
Qərb Rusiyanın Qarabağ siyasətini gözdən salır - Şoyqu
Qərb Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə, mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır.
Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Qafqaz regionundakı vəziyyətə gəlincə, bu, daha çox Ermənistan-Azərbaycan münaqişəsinin həlli dərəcəsi ilə müəyyən edilir. İndi “Dağlıq Qarabağ”da (Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur – red.) təhlükəsizliyi Rusiya sülhməramlı kontingenti dəstəkləyir. Bununla belə, Qərb hər vasitə ilə vəziyyətə müdaxilə etməyə, bölgədəki mövcudluğunu artırmağa və Rusiyanın sülhməramlı siyasətini gözdən salmağa çalışır”, - Şoyqu qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət