Dərc edildi: Baxış sayı: 133
Qərb qoşunları Ukraynaya göndərilsə... - Fransa XİN
Qərb qoşunları Ukraynaya nəzəri olaraq göndəriləcəyi təqdirdə hərbi əməliyyatlarda iştirak etməyəcək.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Stefan Sejurne deyib.
“Onlar konkret tələblərdə iştirak etməlidirlər. Minaların təmizlənməsi, kibermüdafiə, yerli silah istehsalını nəzərdə tuturam”, - deyə bildirilib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Avropa qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini demişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət