Dərc edildi: Baxış sayı: 618
Qərb mediası Putinsiz Kremli belə görür: Ən çox ehtimal olunan varis...
Vladimir Putin 20 ildir Rusiyanı idarə edir. O, dördüncü prezidentlik dövründədir, eyni zamanda Dmitri Medvedevlə "rokirovka" dövründə də hökumətə rəhbərlik edib. İsveçrədə nəşr olunan "Neue Zürcher Zeitung”in məqaləsində deyilir: "Kremli Putinsiz təsəvvür etmək çətindir, amma bir gün belə bir an gələcək".
Qaynarinfo xəbər verir ki, nəşrin "siyasi senari” müəllifinə görə, Putin artıq 2024-cü ildə, prezidentlik müddəti başa çatdıqda dövlət başçısı olmayacaq.
Putinin "Konstitusiyaya iki düzəliş təşəbbüs edə bilməsi", "baş nazirin rolunu gücləndirməsi", "bu hesablamalara görə Kremldən daha çox Dövlət Dumasına bağlı olması" səbəbiylə yeni bir statusa sahib olacaq. "Vahid Rusiya" yenidən 75% səs çoxluğu qazanacaq, eyni zamanda "Təhlükəsizlik Şurasının rəhbərinin səlahiyyətlərini və əhəmiyyətini artıracaq". Jurnalist hesab edir ki, Putin "seçicilərə öz işini hökumət başçısı və Təhlükəsizlik Şurasının sədri kimi davam etdirəcəyinə söz verəcək".
Daha sonra məqalədə Putinin 2027-ci ilə qədər "məkrli bir xəstəlik" tapacağı və onun əvvəllər prezident cangüdəni işləyən, Tula bölgəsinin hazırkı qubernatoru Aleksey Dümini öz varisi elan edəcəyindən bəhs edilir. Qəzet qeyd edir ki, Düminin təyin edilməsinə "heç kim, xüsusən də özləri varis olmağı arzulaynalar qəzəblənməyə cəsarət etməyəcək". Keçmiş cangüdənin yürütdüyü Kreml siyasəti "ali rəhbərliyin dəyişdirilməsinin bir irəliləyişin siqnalı olacağına" ümid edən ruslar üçün ciddi məyusluq yaradacaq. Keçmiş sistemin bir hissəsi kimi qalan Dümin bu istəyin öhdəsindən gəlməyəcək, - deyə nəşr proqnozlaşdırır.
Putinin digər təhlükəsizlik işçisi, fövqəladə hallar naziri olmuş Yevgeni Ziniçev bu ssenaridə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin (FSB) rəhbəri rolunu oynayır.
Qeyd edək ki, 2017-ci ildə rusiyalı mütəxəssislər də Düminin adını dövlət başçılığına varis namizədlər arasında çəkiblər. Ancaq Tula bölgəsinin başçısı sıralamada yalnız üçüncü yerdə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət