Dərc edildi: Baxış sayı: 248
Qərb hərbi təlimatçıları Ukraynaya gələ bilər - Baş nazir
Qərb hərbi təlimatçıları lazımi hava hücumundan müdafiə şəraitində Ukrayna hərbçilərinə təlim keçmək üçün Ukraynaya gələ bilərlər.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Litvanın Baş naziri İnqrida Şimonite deyib.
Şimonitenin sözlərinə görə, litvalı təlimatçılar hazırda Litvanın özündə və digər tərəfdaş ölkələrin ərazisində Ukrayna hərbçilərinə təlim keçir:
"Onlara Ukraynada təlim keçmək olarmı? Düzgün hava hücumundan müdafiə ilə bu riskləri idarə etmək, şübhəsiz ki, mümkündür".
Şimonite qeyd edib ki, Ukraynaya hərbi təlimatçılarla yanaşı, kibertəhlükəsizlik, minalardan təmizləmə və sərhəd təhlükəsizliyi üzrə mütəxəssislər də göndərilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət