Qərarlara insanlar kəskin reaksiya verirlər - AÇIQLAMA
“Pandemiya ilə bağlı verilən qərarlara zərurət olduğu halda edilən dəyişikliklərə insanlar kəskin reaksiya verirlər. Lakin başa düşmək lazımdır ki, bu yeni infeksiyadır və bütün dünya ölkələrində vəziyyət belədir”.
Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da maska istifadəsi ilə bağlı qərarında dəyişiklik etdi:
“Bu dəyişikliklər epidemioloji araşdırmaların nəticəsinə uyğun şəkildə edilir. ÜST daha əvvəl yalnız xəstə insanların tibbi maskadan istifadə etməsini tövsiyə edirdi. Biz bu qərarı daha əvvəl ölkə daxilində dəyişmişdik və hər kəsin tibbi maskadan istifadə etməli olduğunu tövsiyə etdik. 3 aydır Azərbaycanda hər kəsin tibbi maskadan istifadə edilməsi tövsiyə edilsə də, ÜST bir neçə həftə öncə bu qərara dəyişiklik etdi. Bu məsələlərə anlayışla yanaşmaq lazımdır, çünki bunlar araşdırmaların nəticələri əsasında olur”.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət