Dərc edildi: Baxış sayı: 450
Qənirə Paşayeva Milli Məclis sədrindən əlavə vaxt istədi
Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanı reqlamentə əməl etməyini xahiş edib.
"Report" xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında çıxış üçün reqlament 3 dəqiqə müəyyənləşdirilib.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışı zamanı bu müddəti ötüb və spikerdən xahiş edib ki, ona nitqini bitirmək üçün vaxt versin.
Spiker komitə sədrinin nitqini yekunlaşdırması üçün ona əlavə vaxt verib.
Daha sonra isə Sahibə Qafarova Q.Paşayevadan xahiş edib ki, gələn dəfə reqlamentə əməl etsin: “Çünki mən də pis vəziyyətdə qalıram".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət