Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Qənirə Paşayeva: Əlil tələbələr təhsil haqlarından azad olunmalıdırlar

Qənirə Paşayeva: Əlil tələbələr təhsil haqlarından azad olunmalıdırlar
Sakura

Qənirə Paşayeva: Əlil tələbələr təhsil haqlarından azad olunmalıdırlar

Birinci qrup əlillər yataq xəstələridir. Kimin evində birinci qrup əlil varsa, orada ikinci insanın da işləməsi mümkünsüzdür. Çünki birinci qrup əlil iş görmək qabiliyyətinə malik deyil və ona xüsusi şəkildə qulluq göstərmək lazımdır.

Oxu.Az xəbər verir ki, bunu parlament komitələrinin büdcə müzakirələrində millət vəkili Qənirə Paşayeva deyib.

O bildirib ki, birinci qrup əlillər üçün nəzərdə tutulan müavinətlər xeyli dərəcədə artırılmalıdır:

“Çünki artıq bir ailənin iki üzvü işləyə bilmir və verilən vəsaitlə həmin ailəni saxlamaq mümkün deyil. Eyni zamanda, ali məktəblərdə təhsil alan əlillərin ödəniş məsələləri ciddi məsələlərdəndir. Azərbaycanda nə qədər əlil tələbə var ki, onlar ödənişlərdən azad olunmurlar? Axı, həmin vəsait dövlət büdcəsi üçün nə qədər ağırlıq, yük təşkil edir ki? Ona görə hesab edirəm ki, əlil tələbələr ödənişlərdən, təhsil haqlarından azad olunmalıdırlar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR