Slimfit
  1. DÜNYA

Qəhvəni müxtəlif ölkələrdə necə içirlər?

Qəhvəni müxtəlif ölkələrdə necə içirlər?
Sakura

Aprelin 17-si Beynəlxalq qəhvə günüdür

Aprelin 17-si Beynəlxalq qəhvə günüdür. Daha doğrusu, bütün dünyadakı qəhvə həvəskarları hesab edirlər ki, qəhvə günü ildə iki dəfə – oktyabrın 1-də və aprelin 17-də qeyd edilməlidir.

Medpress.az xarici mətbuata istinadla bildirir ki, bu gün İtaliyada xüsusi qeyd edilir: orada bu günə Espresso adı da veriblər. İtaliyanın həryerində əyləncəli şoular, bu içkinin hazırlanması ilə bağlı yarışlar təşkil olunur.

Böyük Fransa imperatoru Napoloeon Bonapart isə deyib ki, tünd qəhvə onu dirildir.

Dünyanın hər yerində insanlar hər səhər eyni və xoş bir rituala əməl edirlər: oyanır, dartınır və xoş əhval üçün bir fincan qəhvə içirlər.  Ancaq ən populyar içkinin hər ölkədə özünəməxsus hazırlanması qaydası var. Planetin müxtəlif nöqtəsində qəhvənin necə içildiyini təqdim edirik.

Kaffeost – Finlandiya

Fin qəhvəsi Kaffeost juustoleipä – kub formasında pendirlə verilir. O qədər də iştahedici səslənmir, lakin finlər bu qeyri-adi dadı sevirlər. 

Frappe – Yunanıstan

Bütün dünyada sevilən Frappeni 1957-ci ildə Neskafe şirkətinin nümayəndələri düşünüblər. Frappe yunanların xoşuna gəlib və ilin yay fəslində ən populyar içki olub. Onu kifayət qədər sadə hazırlayırlar: tez həll edilə bilən kofeni südlə çalıb buz əlavə edilir.

Cafe de Olla – Meksika

Zəif odda ətirli darçınla bişirilən ənənəvi Meksika qəhvəsi qənd parçası ilə qamışdan olan fincanda verilir. Yerlilər hesab edirlər ki, qamış fincanı qəhvə dənələrinin daha dadlı açılmasına kömək edir.

Cafe Bombon – İspaniya

Cafe Bombon birmənalı şəkildə şirin sevənlərin zövqünə uyğun olacaq. Onun hazırlanması üçün eyni miqdarda qatılaşdırılmış süd və qədim qara qəhvə lazımdır. Fransızlar isə klassik və bəzən bir az duru espressoya üstünlük verirlər.

Wiener Mélange – Avstriya

Avstriya qəhvəsi kapuçinonun yaxın qohumudur – bu şpl espressoya qaynar süd və süd köpüyü əlavə edilir, bəzən qaymaqla çalınır və bir çimdik də kakao kirşanı əlavə olunur.

Café au lai – Fransa

Sizin üçün fransızlardan daha bir resept: onlar öz səhərlərini yeni bişirilən qara qəhvəni həmin miqdarda əlavə edilən təzə südlə başlamağı xoşlayırlar.

Qahwa – Səudiyyə Ərəbistanı

Qəhvə Səudiyyə Ərəbistanında və digər ərəb ölkələrində bütöv ədvəcat kaleydoskopu ilə – hill, zəfəran, darçın, zəncəfil və qərənfillərlə bişirilir. Büzüşdürücü dadı bir qədər yumşaltmaq üçün qəhvəyə tez-tez duru xurma əlavə edirlər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR