Slimfit
  1. DÜNYA

Tramp təkzib etdi: İrana zərbə planından imtina etməmişəm!

Tramp təkzib etdi: İrana zərbə planından imtina etməmişəm!
Sakura

Tramp təkzib etdi: İrana zərbə planından imtina etməmişəm!

Deməzdim ki, bu variantı (İranın nüvə obyektlərinə zərbə endirilməsi – red.) rədd etdim. Bunu etməyə tələsmirəm, çünki inanıram ki, İranın böyük bir ölkə yaratmaq və ölümlər olmadan xoşbəxt yaşamaq şansı var. Mən bunu görmək istərdim. Bu, birinci variantdır. İkinci variant baş tutsa, İran üçün çox pis olacaq. Məncə, İran danışıqlar aparmaq istəyir. Bunu etsələr, onlar üçün çox yaxşı olar.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bu sözləri ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirilməsi planından imtina etməsi ilə bağlı Ağ Evdə jurnalistlərin sualına cavab verərkən deyib.

“Mən İran xalqını tanıyıram, gözəl xalqdır. Onlar həmişə çox ağıllı, çox enerjili, çox uğurlu olublar və mən heç kimə zərər verəcək bir şey etmək istəmirəm. Mən həqiqətən istəmirəm. Amma İranın nüvə silahı ola bilməz. Hər şey çox sadədir. Biz onların sənayesini əlindən almaq istəmirik. Biz onların torpaqlarını almaq istəmirik. Sadəcə deyirik ki, siz nüvə silahına sahib ola bilməzsiniz”, - Tramp əlavə edib.

Qeyd edək ki, “Nyu York Tayms” İsrailin 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığı, lakin ABŞ Prezidenti Donald Trampın bu addımı dəstəkləmədiyi üçün plandan imtina etdiyi haqda məlumat yayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR