Slimfit
  1. AZƏRBAYCANLI

Qədim sənətin müasir ustası

Qədim sənətin müasir ustası
Sakura

Qədim sənətin müasir ustası

 

Goranboyda yaşayan Mənsur Nurəliyev illərdir yerin dərinliklərinə enərək su quyuları qazmaqla məşğuldur.

Oxu.Az xatırladır ki, qrunt sularının üzə çıxarılması üçün su quyularının qazılması bəşəriyyətin ən qədim və əhəmiyyətini itirməyən kəşflərindən hesab olunur.

Goranboyun Tatarlı kənd sakini Mənsur Nurəliyev də qədim kənkan sənətini elə o dövrlərdə olduğu kimi davam etdirir. O, 15-20, hətta 25 metr dərinliyi olan quyunu bel, ling və külüngün köməyilə qazır.

Dayısından öyrəndiyi peşəni yaşadan usta dərinliklərdə hər adamın işləyə bilmədiyini deyir. Böyük zəhmət bahasına başa gəlsə də, kənkan az vəsaitlə evləri həyat mənbəyi olan su ilə təmin etməyi bacarır.

Mənsur Nurəliyev qazıntını yalnız dekabr-may ayları aralığında aparır. Çünkü isti vaxtlarda yerin altında müəyyən qazlar yaranır ki, bu, işləməyi mümkünsüz edir.

Qədim peşənin müasir ustası sənətinin təhlükəli olduğunu deyir. Amma o, ehtiyatı əldən verməyib işinə davam edir.

Qədim kənkan sənəti göründüyü qədər asan deyil. Gün ərzində 4-5 kub torpaq çıxaran iki nəfər, müasir texnikaların gördüyü işə bərabər çalışır. Bir həftə, 10 gün davam edən işin müqabilində kənkan hər qazılan bir metr üçün 25-30 manat pul alır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR