Slimfit
  1. TARİX

Qədim məzarda dünyanın ilk “kiborqu” aşkarlandı

Qədim məzarda dünyanın ilk “kiborqu” aşkarlandı
Sakura

Qədim məzarda dünyanın ilk “kiborqu” aşkarlandı

Romada Sapiens universitetinin alimləri təxminən VI əsrdə yaşamış və əllərinin birində uzun bıçaq şəkilli protez olan insanın qalıqlarını aşkarlayıb.

Oxu.Az xəbər verir ki, arxeoloji qazıntı haqqında məqalə “Journal of Anthropological Sciences” jurnalında dərc olunub.

Skelet İtaliyanın şimal bölgəsində yerləşən Lanqobard nekropolunda tapılıb. Onun biləyi və sağ çiyninin bir hissəsi amputasiya olunmuş 40-50 yaşlı kişiyə aid olub.

Müayinələrdən sonra alimlər müəyyən edib ki, həmin şəxs ağır bədən xəsarəti alıb.Böyük  ehtimalla hündür yerdən yıxılan zaman ətraflarını sındırıb. Dirsək və mil sümüklərində protezin təsirinin izləri o cümlədən, sümük qabarı və mahmız aşkarlanıb.

Bundan başqa skeletin üzərində bir ucu amputasiya olunmuş əlin yanında yerləşən uzun bıçaq tapılıb. Alimlər bunun protezin bir detalı olduğunu düşünür, belə ki, nekropolda olan digər kişi skeletlərində silah hər zaman sümüklərdən bir qədər aralıda yerləşib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR