Qədim insanların kütləvi şəkildə qırılmasının səbəbi məlum oldu
London universitet kollecinin elm adamları 8,6 min il əvvəl Cənubi Amerikada qədim insanların kütləvi qırılmasının səbəbini müəyyənləşdirib. Onların fikrincə, yağıntılar bu məsələdə əsas rolu oynayıb.
Bizimyol.info xəbər verir ki, tədqiqatçılar Cənubi Amerika arxeologiya sahəsinə aid olan 1,4 min çöküntünü təhlil edib, 5,4 min radioaktiv quruluşun tədqiqini aparıblar. Yağıntıların miqdarındakı dəyişiklikləri qiymətləndiriblər, tikilmiş abidələrin sayına görə əhali səviyyəsini təxmin etməyə çalışıblar.
Nəticələrə görə, yağıntı miqdarındakı dəyişikliklər və əhali sayının azalması daha çox Cənubi Amerikanın tropik zonalarında baş verib. 8,2 min il əvvəl insanlar əlverişsiz hava şəraiti üzündən ovçuluq və əkinçilikdən imtina edərək oturaq həyat şəraitini seçiblər.
2,6 min illik bir müddət ərzində hər beş ildən quraqlıq və böyük miqdarda yağıntılar olurdu. Bu da qida qaynaqlarına mənfi təsir göstərirdi. İnsanlar quraqlıq və ya intensiz yağışların nə vaxt olacağını təxmin edə bilmirdi. Amma 6 min il bundan əvvəl yağışlar sabitləşdikdə insan qrupları daha əvvəl tərk edilmiş ərazilərə qayıtdılar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət