Slimfit
  1. MARAQLI

Qədim imperiyanın müəmmalı şəkildə yoxa çıxmasının səbəbi məlum oldu

Qədim imperiyanın müəmmalı şəkildə yoxa çıxmasının səbəbi məlum oldu
Sakura

Qədim imperiyanın müəmmalı şəkildə yoxa çıxmasının səbəbi məlum oldu

Orta əsrlərdə ən böyük dövlətlərdən sayılan Kxmer imperiyasının anlaşılmaz şəkildə yoxa çıxmasını  haqda həmişə müxtəlif versiyalar səslənib. Ən çox qonşularla müharibə şəraiti əsas kimi göstərilirdi. Bundan başqa, quraqlıq versiyası da vardı.

Bizimyol.info xəbər verir ki, Avstraliyadan və Fransadan olan elm adamlarından yaranmış qrup başqa nəticəyə gəlib. Alimlər hesab edir ki, Kxmer imperiyasının yoxa çıxmasının əsas səbəbi əhali sayının kəskin azalması və paytaxt Anqkorun sakinlərinin başqa dövlətlərə üz tutması olub.

Elmi qrup bu nəticəyə çöküntü nümunələrini öyrənməklə gəlib. Alimlər kxmerlərin kənd təsərrüfatının intensivliyinin zamanla necə dəyişdiyini anlamağa çalışıblar.  Məlum olub ki, proses imperiyanın dağılmasından hələ bir əsr əvvəl başlayıbmış. Meşələrin qırılması, torpaq eroziyası, yanğınlar da dövlətin süqutuna təsir göstərib. Əhali getdikcə imperiyanı tərk etməyə başlayıb. Üstəlik, say da kəskin azalıb.

Kxmer imperiyası 600 ildən çox yaşayıb. İmperiya indki 4 ölkəni – Kambocanı, Vyetnamı, Tailandı və Laosu əhatə edirdi. Amma kxmerlər daha çox kambocalıların əcdadı sayılır. İmperiyanın başqa adı həm də Kambucadeşa idi. Dövlətin süqut ili kimi 1431 göstərilir.

Avstraliyalı və fransız elm adamlarından ibarət qrup hesab edir ki, artıq 14-cü əsrin sonlarında Kxmer imperiyasında yaşayış üçün heç bir şərait qalmamışdı. Ölkənin böyük hissəsi bataqlıqlara çevrilmişdi.

Sidney universitetinin dosenti Den Penni isə sosial amilləri bu qədər qabartmağın tərəfdarı deyil. Onun fikrincə, Anqkorun boşalması daha çox şəhər elitasının buranı tərk etməsiylə bağlı olub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR