Slimfit
  1. MARAQLI

Qədim dünyanın əsas sirləri (1-ci hissə)

Qədim dünyanın əsas sirləri (1-ci hissə)
Sakura

Qədim dünyanın əsas sirləri (1-ci hissə)

Qədim dünyanın belə sirri cəmi 20-dir, buraya bənzərsiz Atlantida da daxildir. Bu gün mən xronologiya üzrə üçünü - ən qədim olanları seçdim.

Piramidalar

Bütün dünya üzrə çoxlu piramidalar var. Biz hamımız misir piramidaları barədə çox bilirik, amma Mərkəzi Amerikada onların sayı 10 dəfədən artıqdır. Bu diaqrama baxın:

Onlar necə yaranıb, real olaraq neçə yaşları var və nə üçün lazımdır? Bu suala müasir elmin cavabı yoxdur. “Piramidalar saxlanc üçün lazımdır” kimi ənənəvi nəzəriyyə əslində bütün alimlərdə etimad doğurmur.

Ekzotik versiyalar mövcuddur: qədim insanlar onları qlobal fəlakətlər barədə bəşəriyyəti xəbərdarlıq etmək üçün inşa ediblər.

Meksikada Kukulkana piramidası

Mənə elə gəlir ki, həqiqət ortadadır. Ola bilsin ki, piramidalar sadəcə dini məbəd və abidələrdir. Bir sual açıqlanmamış qalır - nə üçün onları müxtəlif qitələrdə inşa ediblər, axı bu insanlar bir-birilə ünsiyyətdə olmayıblar, bəs nə üçün onların ağlına eyni şey gəlib? Mənə elə gəlir ki, bütün dünya üzrə piramidaların sirrinin açarı hələ irəlidədir.

Mərhəmətli ağ insanlar

Qədim hindular parlaq dərili, saqqallı allahlara inanırdılar. Onlar parlaq uzun saçlara malik idiler. Əfsanəyə görə, onlar hinduları sivilizasiyanın bütün əsaslarını və təsərrüfatın idarə olunmasını öyrətmişdilər. Gələcəkdə onlar geri dönməyi və hindulara yeni texnologiyalar hədiyyə etməyi vəd etmişdilər. Peruan hindularının sözlərinə görə, ağ saqqallı allahların heykəllərini inklərə qədər yaşamış qəbilələr quraşdırılıblar. İnklərin imperiyası isə ancaq on birinci əsrdə yaranıb.

Əlbəttə, hər şeyi uydurmaq olar, amma avropalılarla xeyli oxşarlıq var ki, tarixi məlumatlara əsasən onların qədim hindularla heç bir əlaqələri olmayıb. Vikinqlər burada sonradan olub və buraya köçüblər, həm də sivilləşmə nümunəsi olmayıb. Kolumb isə Amerikaya 15-ci əsrdə gedib.

Uzaq keçmişdən onlara qalan asteklərin ağ allahı

Bu inanc asteklərlə pis zarafata səbəb olub, onların dini qədim dövrlərdən 16-cı əsrə qədər saxlanılıb. Onlar ispanlarla döyüşməyə hazır deyildilər, çünki onların allahları saqqallı ağ Ketsalkoatl olub.

Deməli, hindular Kolumbun gəlişindən uzun müddət əvvəl insanlarla əlaqədə olub? Yoxsa bu təsadüfdür? Alimlər hələlik bu suala cavab tapmayıblar.

Şumerlər

Bu müəmmalı insanlar eramızdan əvvəl altıncı minillikdə ortaya çıxıblar. Heç nədən ortaya çıxıblar. Buna baxmayaraq, onlar ətraf qəbilələrin hamısından daha çox inkişaf etmişdilər. Onlar tarix kitablarındakı Dəclə və Fırat vadisindəki ilk sivilizasiyanın əsasını qoyan həmin insanlardır.

Şumerlər müasir rəssamların təsəvvüründə

Şumerlər təkər, təqvim, yazını fikirləşiblər, kərpic ixtira ediblər. Məhz onlar vaxtı hesablamağı fikirləşib tapıblar və müasir dövrdə istifadə olunan 60 dəqiqəyə bölünməni (dəqiqə, saat) icad ediblər. Müqayisə üçün - onların qonşuları bu vaxt danışmağı öyrənirdilər. Bu ona oxşayır ki, biz öz avtomobilimiz və atom bombamızla qəfil orta əsrlərə düşürük.

Şumerlərin özləri iddia edirdilər ki, onlar Dilmun adasından gəliblər ki, bu da təsvircə Eldoradonu xatırladır. “Qızıl əsr”in bütün klassik xüsusiyyətlərinə malikdir. Alimlərdə bu adanın harda yerləşdiyi barədə heç bir fərziyyə yoxdur. İndi alimlər etiraf edirlər ki, şumerlərin mənşəyi dünya tarixindəki ən əsas və çətin problemlərdən biridir.

Bu qədim dünyanın sirləri məqalələrindən birincisi idi ki, bunlar tarixçilər tərəfindən hələ açılmayıb. Əgər məqaləni bəyəndinizsə bəyənib paylaşın.

 

Mənbə: Populyarnaya nauka

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR