Qədim dünyanın ən nəhəng gəmisi
Qədimdə dəniz qitələri birləşdirən yeganə yol idi. Qədim gəmilər vasitəsi ilə insanlar buğda, yağ, balıq, duz və sair daşıyırdılar. Gəmilər həmçinin müharibələrdə mühüm rol oynayırdı.
E.ə III əsrdə Qara dənizdə yüzlərlə gəmi üzürdü. Yunanıstanın Herakliya müstəmləkəsində böyük ticarət donanması olub. Bosfror çarı Mitridata məxsus gəmilərin sayı isə 400-ü keçirdi.
Yelkənli gəmilər qədim dünyanın ən böyük üzən vasitələri idi. Təxminən “Titanik”in ölçülərində olan “Leantoforo” isə dövrünün ən nəhəng gəmisi sayılırdı.
Səkkiz cərgə avarı olan gəmi göyərtəsinə 1200 döyüşçü və 1600 nəfərlik heyət götürə bilirdi.
Gəmi Xersonesdə inşa edilmişdir. Tarixçilər gəminin ölçülərini günümüzə gəlib çatan bəzi rəsmlər vasitəsi ilə müəyyən edə biliblər. Gəminin burnunda taxtadan şir başı yerləşdirilmişdi. Bu da üzən vasitəni daha zəhmli edirdi. Elə “Leantoforo” da qədim yunan dilindən tərcümədə “Şir başı daşıyan“ deməkdir.
“Leantoforo”dan həm də yük daşımalarda istifadə edirdilər. Arxeoloqlar Qara dənizdən gəminin 1.7 metr uzunluğu olan dəmir lövbərini çıxarda biliblər. Bu artefakt isə üzən vasitənin nəhəngliyini bir daha təsdiq edir.
Yunanların bir neçə əsr istifadə etdiyi bu qədim nəhəng Qara dənizdə batıb. Gəminin məhv olmasını tarixçilər ellin dünyasının qürubu adlandırırlar.
Mənbə: Seanews.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət