Qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ
“Qəbul imtahanlarının 20 iyuldan sonra bir dəfə keçirilməsi nəzərdə tutulur”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi brifinqdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O qeyd edib ki, tarix dəyişə bilər:
“Bu, vəziyyətdən asılıdır. Əvvəlki illərdə olduğu kimi, müsabiqə buraxılış və qəbul imtahanlarında toplanan ballar əsasında - 700 ballıq şkala əsasında aparılacaq”.
“I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə iştirak edə bilərlər (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə)”, - deyə sədr qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət