Slimfit
  1. AZƏRBAYCAN

Qəbul imtahanlarında yüksək nəticə göstərən tərtərli gənclər mükafatlandırılıblar

Qəbul imtahanlarında yüksək nəticə göstərən tərtərli gənclər mükafatlandırılıblar
Sakura

Qəbul imtahanlarında yüksək nəticə göstərən tərtərli gənclər mükafatlandırılıblar

Bu il Tərtər rayonunun orta ümumtəhsil məktəblərini bitirən 588 nəfər məzundan 363 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 224 nəfər ali, 108 nəfər isə orta-ixtisas məktəblərinə qəbul olub. Gənclərdən 19 nəfəri 500-600 arası, 10 nəfər isə 600-dən yuxarı bal toplayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu faktlar Tərtər rayon Mədəniyyət Mərkəzində ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyublar.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və başqaları tədbirdə çıxış edərək, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, ölkəmizin sürətli iqtisadi tərəqqisinin nəticəsi olaraq, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də inkişaf əldə edilib. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəblər inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur. Milli təhsilin dünya standartlarına cavab verməsi məqsədilə informasiya-kommunikasiya texnologiyaları ilə təminat sahəsində də genişmiqyaslı işlər görülür.

Respublikanın digər bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Belə ki, təkcə ötən tədris ilində şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Bayandur, Poladlı kəndlərində modul tipli məktəblər tikilərək istifadəyə verilib. Seydimli və Qaradağlı kənd tam orta məktəblərinin bir korpusu əsaslı təmir olunub. Hazırda Zolgəran kənd ümumi orta və Kovdadıq kənd ibtidai məktəbləri üçün modul tipli məktəblərin tikintisinə hazırlıq işləri görülür, Buruc kənd tam orta məktəbi isə təmir olunur.

Çıxış edənlər tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə və gələcək həyatda uğurlar diləyərək, Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sadiq olmağı tövsiyə ediblər.

Gənclər və onların müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, öz sevinclərini bölüşüblər.

İmtahanlarda 500-dən çox bal toplayan tələbələrə fəxri fərman və qiymətli hədiyyələr verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR