Qəbul imtahanlarında keçid balı azaldılır? - RƏSMİ
“Keçid balı müsabiqə zamanı formalaşır. Müsabiqəyə buraxılma şərtləri də Nazirlər Kabineti tərəfindən tənzimlənir. Bu sənəddə də hələ heç bir dəyişiklik yoxdur”.
Ens.az “Report”-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
DİM sədri xatırladıb ki, mart ayından sonrakı tədris proqramları builki imtahanlara salınmayacaq: “Daha bir güzəşt isə 11-ci sinif şagirdləri üçün təqdim olunan test tapşırıqlarının sadələşdirilməsidir. Açıq tipli tapşırıqların sayı da azaldılıb. Başqa hansı güzəştlərin olması gözlənilir?! Məktəblilərin də psixoloji durumunun çətin olduğunu düşünmək olar. Amma mümkün qədər virtual dərslərin imkanlarından yararlana bilərdilər. Biz əlavə hər hansı güzəşt etməyəcəyik. Bir daha abituriyentlərə səslənirəm ki, imtahanlara telefonla gəlməsinlər. Əks təqdirdə onların nəticələri nəzərə alınmayacaq”.
M.Abbaszadə qeyd edib ki, buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməyənlər üçün sentyabrda təkrar keçiriləcək: “Ancaq qəbul imtahanları üçün belə hal yoxdur”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət