Slimfit
  1. TƏHSİL VƏ KARYERA

“Qəbul imtahanından da maksimum nəticə gözləyirəm”- Buraxılışda 300 bal toplayan abituriyent

“Qəbul imtahanından da maksimum nəticə gözləyirəm”- Buraxılışda 300 bal toplayan abituriyent
Sakura

“Qəbul imtahanından da maksimum nəticə gözləyirəm”- Buraxılışda 300 bal toplayan abituriyent

“İmtahandan sonra yüksək bal haqqında təsəvvürüm var  idi və bu nəticəni gözləyirdim.”

Bunu AzEdu.az - a açıqlamasında iyulun 29-u və 30-u keçirilmiş buraxılış imtahanlarında  XI sinif üzrə maksimum - 300 bal toplayan abituriyent Əziz Kərimli deyib.

O, Bakı şəhəri üzrə Təhsil İdarəsinin - nin tabeliyindəki 276 nömrəli tam orta məktəbdən bu il məzun olub.

Əziz Kərimlk bildirib ki, qəbul imtahanından da maksimal nəticəni gözləyir.

“Qəbul imtahanının nəticələri hələ məlum olmasa da, maksimal nəticəni gözləyirəm. Pandemiyanın yaratdığı problemlər səbəbi ilə ilk dərslərdə müəyyən texniki çətinliklər olsa da, az müddətə hər şey öz qaydasına düşdü. Valideyinlərim də daim mənə köməklik göstərdilər.”

Əziz, ADA universitetinin Hüquqşünaslıq fakultəsinə qəbul olmaq istədiyini qeyd edib.

O, imtahan hazırlaşan şagirdlərə - “Öz məqsədlərinə çatmaq üçün yorulmadan çalışmalıdırlar”-deyə öz tövsiyyəsini bildirib.

Qeyd edək ki, iyulun 29-u və 30-u keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, Bakı məktəblilərindən iki nəfər maksimum nəticə göstərərək 300 bal toplayıb.

Yüksək nəticə göstərən abituriyentləri təbrik edir, bütün məzunlara uğurlar arzulayırıq!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR