Qəbizliyin, xərçəngin, qocalmanın qarşısını alan bitki
Adətən zeytun yağının sağlamlığa faydalı olması barədə hər zaman deyilir. Amma zeytunun özünün də çox faydalı olduğunu bilirdinizmi?
Milli.Az lent.az-a istinadən dünyanın ən sağlam ərzaqları qrupuna daxil edilən zeytunun inanılmaz faydaları barədə məlumat verir.
- Zeytun ürək və qan damarlarını aterosklerozdan qoruyur.Tərkibində olan E vitamini və polifenollar sağlamlıq üçün faydalıdır.
- Yarpaqları və qabıqları, yüksək təzyiqi salmağa kömək edir.
- Zeytun qandakı şəkərin və xolesterolun miqdarını azaltmaq qabiliyyətinə malikdir. Qidalandırıcı bitkidir.
- Əczaçılıqda, bəzi dərmanların hazırlanmasında da istifadə edilir.
- Bu bitkinin yarpaqları oleuropein, oleasterol, lein, olein turşusu və antioksidantlardan ibarətdir.
- Zeytun A, D, E və K vitaminləri baxımından çox zəngindir, eyni zamanda, kalsium itkisinin qarşısını alır.
- Qalın bağırsaq, prostat, mədə və pankreas xərçənginə tutulma riskini azaldır.
- Ürək-damar xəstəliklərindən qoruyucu təsiri var.
- Qaraciyəri qoruyur.
- Sümükləri gücləndirir.
- Qəbizliyin qarşısını alır.
- Həzm sisteminin işləməsinə kömək edir.
- Virus, bakteriya və göbələklərə qarşı qoruyucudur.
- Uşaqlarda sağlıqlı diş inkişafının tamamlanmasına kömək edir.
- Hüceyrələri təzələyir, beləliklə, qocalmanı gecikdirir və ömrü uzadır.
- Zeytun və zeytun yağının qocalmanı gecikdirici təsiri var. Tərkibindəki "Oleuropein" maddəsinin hüceyrə təzələyici xüsusiyyətə malikdir. Bu maddə xərçəngə qarşı müsbət nəticə verən bir maddədir.
- Zeytunun tərkibindəki yağ yüksək təzyiq problemi olan xəstələrə müsbət nəticələr verir və təzyiqi tənzimləyir.
Ancaq diqqət etmək lazımdır ki, zeytun və zeytun yağı duzlu olmasın.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət