Slimfit
  1. AZƏRBAYCAN

Qəbiristanlıqlarda ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsizlərin gecələməsinə yol verilməyəcək

Qəbiristanlıqlarda ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsizlərin gecələməsinə yol verilməyəcək
Sakura

Qəbiristanlıqlarda ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsizlərin gecələməsinə yol verilməyəcək

 Azərbaycanda yeni təsdiqlənən “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qəbiristanlığın müdiriyyətinin səlahiyyətləri müəyyənləşib.

Report” xəbər verir ki, qaydalara əsasən, qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

Qəbiristanlığın idarə olunması ilə bağlı qəbiristanlıq müdiriyyətinin vəzifələrinə aşağıdakılar aid edilir:

1. qəbiristanlıqların əmlakının inventarlaşdırılması və siyahı üzrə qorunmasını təmin etmək,

2. qəbiristanlığın ərazisindəki bina və qurğuların, yolların, meydançaların və qəbiristanlığın hasarının saxlanılmasını və təmirini təşkil etmək,

3. qəbiristanlığın ərazisindəki qəbir yerlərinin, piyada səkilərinin və yolların (cığırların) səliqəli saxlanılmasını, qışda qardan təmizlənməsini, həmçinin buz bağlamış hərəkət hissələrinə qum səpilməsini təşkil etmək,

4. qəbiristanlıqlarda yaşıllıqların mühafizəsini və onlara qulluq edilməsini təmin etmək,

5. qəbiristanlığın ərazisində səyyar ticarətlə və dilənçiliklə məşğul olmağa, kimsəsiz şəxslərin gecələməsinə, sərxoş vəziyyətdə olan şəxslərin və ev heyvanlarının qəbiristanlığın ərazisinə daxil olmasına, habelə qəbiristanlığın ərazisindən otlaq sahəsi kimi istifadə edilməsinə yol verməmək,

6. dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərlə bağlanılmış müqavilə əsasında qəbir yerlərinə və qəbirüstü tikililərə ödənişli əsaslarla qulluq edilməsini təmin etmək,

7. qəbiristanlığın sanitariya-gigiyena normalarına uyğun saxlanılmasını, o cümlədən qəbiristanlığın ərazisinin mütəmadi təmizlənməsini və zibillərin daşınmasını təşkil etmək.

8.qəbiristanlıqlarda qəbirlərin sıralanması ardıcıllığına riayət etməklə, qəbir yerini ayırmaq və dəfn işlərinin təşkili ilə əlaqədar xidmətlərin göstərilməsini təmin etmək,

9.qəbiristanlıqda dəfnlərin dəqiq qeydiyyatının aparılması məqsədi ilə məlumatların kağız daşıyıcılarda toplanılmasını və həmin məlumatların dəfnlərin vahid dövlət reyestrində yerləşdirilməsini təmin etmək,

10.qəbiristanlıqda boş yerlərin sayında dəyişiklik olduğu halda, son dəfn tarixi göstərilməklə, qəbiristanlığın giriş qapısının elan lövhəsində bu barədə məlumatın yenilənməsini təmin etmək,

11.qəbiristanlığın mövcud vəziyyəti, o cümlədən boş və tutulmuş qəbir yerləri barədə məlumatları rübdə 1 dəfədən az olmamaq şərtilə bələdiyyəyə təqdim etmək, ölmüş şəxsin dini mənsubiyyəti və milli adət və ənənələr nəzərə alınmaqla, dəfn mərasiminin keçirilməsi üçün hazırlıq işlərini, o cümlədən ölmüş şəxsin qohumlarına, qanuni nümayəndələrinə və ya onları dəfn edəcək digər şəxslərə tabutun verilməsini, qəbir yerinin qazılmasını, ölmüş şəxsin soyadı, adı, atasının adını, doğum və ölüm tarixlərini bildirən müvəqqəti lövhənin quraşdırılmasını təmin etmək.

Qəbiristanlığın müdiriyyəti və dəfn xidmətlərini göstərən işçiləri dini ayinlərin icrasını bilməli, milli və dini adət və ənənələrə riayət etməlidirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR