Dərc edildi: Baxış sayı: 423
Qəbiristanlıqda qətlə yetirilən Bəhmən "Qisas" əməliyyatında iştirak edibmiş
Ötən gün qətlə yetirilən Bəhmən Hüseynov "Qisas" əməliyyatında iştirak edibmiş.
Ens.Az-ın məlumatına əsasən,bu barədə Oxu.Az-a onun yaxınları məlumat veriblər.
Qeyd ediblər ki, B.Hüseynov bir il əvvəl əsgərlikdən qayıdıbmış.
Hadisə isə şəxsi münasibətlər zəminində baş verib.
Məlumat üçün bildirək ki, cinayət dünən axşam saatlarında Bərdə qəbiristanlığında qeydə alınıb. 2008-ci il təvəllüdlü Mirsaleh Firdovsi oğlu Hüseynov kəsici alətlə 2002-ci il təvəllüdlü Bəhmən Bəxtiyar oğlu Hüseynovu qətlə yetirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət