Slimfit
  1. İDMAN

'Qəbələ'nin sabiq baş məşqçisi Ukraynaya qayıda bilər

'Qəbələ'nin sabiq baş məşqçisi Ukraynaya qayıda bilər
Sakura

'Qəbələ'nin sabiq baş məşqçisi Ukraynaya qayıda bilər

Məşhur ukraynalı mütəxəssis Roman Qriqorçuk gələcəkdə yerli çempionata qayıda bilər. Məşqçi “Çernomorets”dən getdikdən sonra son beş ili Azərbaycan və Qazaxıstanda işləyib, lakin vəziyyət tezliklə kəskin dəyişə bilər.

Report” xəbər verir ki, bunu ukraynalı idman jurnalisti İqor Sıqanık deyib.

"Roman Qriqorçuk Ukraynaya qayıtmaq arzusundadır, lakin onun "Astana" ilə müqaviləsi var. Biz onunla söhbət etmişik, özü və ailəsi üçün çətin olduğunu deyib, mentallıq tamamilə başqa cürdür. O, məmnuniyyətlə Ukraynada işləyərdi, ancaq müqaviləsinin sonuna qədər işləməlidir.

Düşünürəm ki, o, qışa qədər "Astana"da qalacaq. İstənilən halda, "Astana"dan sonra onun növbəti klubu hər hansı bir Ukrayna komandası olacaq", - deyə jurnalist bildirib.

Qriqorçuk 2015-2018-ci illərdə "Qəbələ" klubunu çalışdırıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR