Dərc edildi: Baxış sayı: 382
"Qəbələ"nin legioneri Toqo milli komandasına dəvət alıb
"Qəbələ" klubunun futbolçusu Lalavele Atakora Toqo milli komandasına dəvət alıb.
Klubdan "Report"a verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi Afrika Millətlər Kubokunun seçmə mərhələsinin D qrupunda Qambiya ilə oyunlar üçün yığmaya çağırılıb.
Qambiyanın heyətində isə "Keşlə"nin yarımmüdafiəçi Ebrima Sohna komandaya dəvət alan futbolçular sırasındadır.
Qeyd edək ki, bu komandalar arasındakı ilk oyun oktyabrın 12-də, növbəti matç isə oktyabrın 16-də keçiriləcək. Hər iki yığma qrupda keçirdiyi iki oyunda bir xal qazana bilib və 3-4-cü yerləri bölüşdürür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət