Slimfit
  1. İDMAN

"Qəbələ"nin futbolçusuna göstərilən qırmızı vərəqə ləğv olunub

"Qəbələ"nin futbolçusuna göstərilən qırmızı vərəqə ləğv olunub
Sakura

"Qəbələ"nin futbolçusuna göstərilən qırmızı vərəqə ləğv olunub

 “Qəbələ” klubunun futbolçusu Bəhlul Mustafazadənin Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri oyunun 90+2-ci dəqiqəsində aldığı qırmızı vərəqə ləğv olub.

Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin bugünkü iclasında qəbul olunub. Bundan başqa, hər iki klub 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib.

90+2-ci dəqiqədə “Qəbələ”nin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib. 

Oyunun baş hakimi Orxan Məmmədovun ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq, Hakimlər Departamentinə onun haqqında lazımi ölçü götürüb, İntizam Komitəsini məlumatlandırması tapşırılıb.

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” oyununun baş hakimi Orxan Məmmədovun idarəçiliyi və oyundan sonra müxtəlif mənbələrdə səsləndirilən ayrı-ayrı fikirlərlə bağlı AFFA-nın Hakimlər Departamentində araşdırmalara başlanılıb. O, araşdırma başa çatana qədər hakimlikdən kənarlaşdırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR