Dərc edildi: Baxış sayı: 574
Azərbaycan Premyer Liqasının cari mövsüm keçirilən oyunları "Qəbələ"də ən çox matça çıxanların siyahısında…
Milli.Az xəbər verir ki, "qırmızı-qaralar"ın heyətində çıxışını davam etdirən iki futbolçu "20-lik"də yer alıb. Onlardan biri - klubun akademiyasının yetirməsi olan Qismət Alıyev cari mövsümdə bura daxil olub. Oyun sayını 80-ə çatdıran yarımmüdafiəçi Vurğun Hüseynovu "20-lik"dən kənarlaşdırıb. Hazırda Alıyev 17-ci sırada yer alıb.
İndiki heyətdə rekordçu Asif Məmmədovdur. O, cari mövsümdə iştirak etməklə oyun sayını 143-ə çatdırıb. Yarımmüdafiəçi klub tarixində 4-cü sıraya yüksəlib.
Siyahıya 220 oyun keçirən Urfan Abbasov başçılıq edir. Dmitri Bezotosnı 2-ci, Dodo 3-cü sıradadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət