'Qəbələ' Türkiyə klubunun futbolçusunu baxışa dəvət edib
"Qəbələ" klubu 2018/2019 mövsümü üçün transfer çalışmalarına başlayıb.
Komandanın baş məşqçisi Sənan Qurbanovun "Report"a verdiyi məlumata görə, əyalət təmsilçisi bir neçə futbolçunu baxışa dəvət edib. 39 yaşlı mütəxəssis bildirib ki, bunların arasında Türkiyənin həvəskar statuslu BAL Liqasında "Karadeniz Ereğli Belediyespor"da çıxış edən Oruc Balaşlı da var.
Baş məşqçinin sözlərinə görə "Qəbələ" həmçinin son mövsümü "Keşlə"də keçirən Fuad Bayramovun və "Sumqayıt"ın sabiq yarımmüdafiəçisi Orxan Əliyevin xidmətindən maraqlıdır. Ölkə kubokunun sahibi I Diviziondan da baxışa oyunçu çağırıb. Komanda "Zaqatala"da çıxış edən Cavad Kazımovu da sınaqdan keçirəcək.
Qurbanov deyib ki, hazırda 10-dək oyunçunu nəzərdə keçirir və Bolu toplanışınadək transferləri reallaşdırmaq istəyirlər.
Qeyd edək ki, bölgə klubu yeni mövsümün hazırlıqlarına iyunun 15-də Qəbələdə başlayacaq. Komanda iyulun 4-də Türkiyənin Bolu şəhərinə yollanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət