Slimfit
  1. AZƏRBAYCAN

Qəbələ turistlərin sevimli məkanına çevrilib

Qəbələ turistlərin sevimli məkanına çevrilib
Sakura

Qəbələ turistlərin sevimli məkanına çevrilib

Bu günlərdə Qəbələyə gələn turistlər həm gözəl təbiət qoynunda dincəlir, həm də X Qəbələ Beynəlxalq Musiqi Festivalından böyük zövq alırlar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən ənənəvi beynəlxalq musiqi festivalına müxtəlif ölkələrdən məşhur kollektivlər və musiqiçilər, eləcə də Azərbaycanın tanınmış sənətçiləri qatılıblar. İsti yay günlərində keçirilən bu festival turistlər üçün gözəl fürsətdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 30-dan avqustun 8-dək davam edəcək festival musiqisevərlərlə yanaşı, turistlərin də zövqünü oxşayır. Onlar festival çərçivəsində təşkil olunan fan-zonalarda əylənir, zövqlü musiqiyə qulaq asırlar.

Turistləri özünə cəlb edən Qəbələnin füsunkar təbiəti də göz oxşayır. Buraya gələnlər Tufandağa baş çəkməmiş ölkələrinə qayıtmırlar. Tufandağda kanata minən turistlər şəhərin gözəlliyinə valeh olduqlarını deyirlər.

Ukraynalı turistlər Aleksandr Makarov və Yekaterina Korastya Qəbələyə elə Tufandağın sorağı ilə gəliblər. Hər ikisi yüksək dağlardan paraşütlə tullanmağı sevir və illərdir məşğul olduqları bu idman növünün peşəkarlarına çevriliblər.

Tufandağda kanata minmək üçün növbədə dayanan xeyli sayda turist var. Dağlıq ərazidə istirahət üçün əlverişli şəraitə malik olan bu rekreasiya-turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr aralıda yerləşir. Kompleks turistlərə ilboyu kanat gəzintisi, qış mövsümündə isə xizəklə sürüşməyi, bu idman növünün təlimi, xizəkçilik məktəbi, uşaqların istirahətinin təşkili və digər xidmətləri təklif edir.

İl ərzində istirahət mərkəzlərinə və otellərə edilən sifarişlərin çoxluğu isə onu göstərir ki, turistlərin Qəbələyə böyük marağı var. X Qəbələ Beynəlxalq Musiqi Festivalı isə bu marağı daha da artırır. Bir sözlə, bu yay Qəbələyə gələn çoxsaylı turistlər təbiət qoynunda dincəlməklə yanaşı, həm də zövqlü musiqi dinləmək imkanı qazanıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR