"Qəbələ" İspaniyadan yarımmüdafiəçi transfer etdi
“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.
Axar.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” ispaniyalı yarımmüdafiəçi Fernan Ferreyra Lopesi heyətinə cəlb ediblər. İyirmi dörd yaşlı mərkəz yarımmüdafiəçisi ilə birillik müqavilə imzalanıb.
“Selta Viqo”nun yetirməsi olan Fernan Ferreyra Lopes 2011-2014-cü illərdə bu klubun B komandasında çıxış edib. Karyerası ərzində “Kompostela”, “Çoko” və “Ximnastika Seqoviana”da da forma geyinən futbolçunun bundan əvvəl sonuncu komandası “Barakaldo” olub. Yarımmüdafiəçi 2018-2019-cü il mövsümündə İspaniyanın ikinci - Sequnda Liqasının B divizionunda 22 oyunda 1 qol vurub.
Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl yarımmüdafiəçi Kamal Mirzəyevi və müdafiəçi Sadiq Quliyevi heyətinə qatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət