Dərc edildi: Baxış sayı: 633
"Qəbələ" - "Dinamo" matçını da onlar idarə edəcək
Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Qəbələ" ilə Tiflis "Dinamo"su arasında keçiriləcək ilk oyuna hakim təyinatları açıqlanıb.
Axar.az klubun saytına istinadən xəbər verir ki, Qəbələdə oynanılacaq matç Şotlandiya Futbol Federasiyasından olan referilərə həvalə olunub. Görüşün baş hakimi Nikolas Uolş olacaq. Ona Alan Mulvanni və Cordon Stoko köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Qavin Dunkan yerinə yetirəcək.
UEFA nümayəndəsi Hay Hoetals (Belçika), hakim-inspektor isə Mixalis Mitas (Kipr) olacaq.
Qeyd edək ki, iyulun 25-də Qəbələdə keçiriləcək "Qəbələ" - "Dinamo" oyunu yerli vaxtla saat 19:00-da başlayacaq. Komandalar arasında cavab görüşü bir həftə sonra Tiflisdə olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət