QDİƏT sammitində Qarabağı müzakirə edəcəklər
Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi məqsədilə ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə aktiv səy göstərir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası XİN-in mətbuat və informasiya departamentinin xəbərində bildirilir.
Daha öncə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya XİN başçısı Sergey Lavrov Bakıya səfəri çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək. Tərəflər ikitərəfli əməkdaşlığın əsas aspektlərini, regional və beynəlxalq gündəliyi müzakirə edəcəklər.
Onun sözlərinə görə, qarşıdakı görüşlər – ölkələrimizin maraqları çərçivəsində Rusiya-Azərbaycan konstruktiv siyasi dialoqunun inkişafının davamıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət