Slimfit
  1. DÜNYA

“Qazprom”un mənfəəti 17% azalıb

“Qazprom”un mənfəəti 17% azalıb
Sakura

“Qazprom”un mənfəəti 17% azalıb

2019-cu ildə Rusiyanın təbii qaz inhisarçısı olan "Qazprom" şirkəti 1,2 trilyon rubl (16,3 milyard ABŞ dolları) məbləğində xalis mənfəət əldə edib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 17% azdır. 

Ötən il "Qazprom" 7,6 trilyon rubl (103,1 milyard ABŞ dolları) gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 7% azdır. 

Hesabat dövründə şirkətin borcları isə 5,1% artaraq 31 trilyon rubla (42,1 milyard ABŞ dolları) çatıb. 

"Qazprom" mənfəətinin azalmasını Avropaya ixrac etdiyi qazın həcminin 4%, qiymətinin isə 15% azalması ilə izah edib.

Qeyd edək ki, Rusiya şirkəti Avropanın "mavi yanacağ"a olan tələbatının 35%-ni ödəyir. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR