Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər

Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
Sakura

Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər

 

Qida rasionumuza daxil olan qazlı suyun sağlamlığa necə təsir göstərdiyi təəssüf ki, çox vaxt diqqətdən kənarda qalır. Mütəxəssislər gündə 1 şüşə qazlı su içilməsinin xüsusilə uşaqların yaddaşının pisləşməsinə aparıb çıxardığına səbəb olduğunu söyləyirlər. Ona görə də həkimlər uşaq yaşlarında şirin qazlı sulardan istifadə edilməsini minimuma endirməyi məsləhət görürlər.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: “Yay aylarında günün isti saatlarında çox soyuq qazlı su içilməsi mədə-bağırsaq sisteminə olduqca mənfi təsir göstərir, çünki onun tərkibində qaz çox olduğuna görə orqanizmə daxil olaraq mədə və bağırsaqda köp yaranmasına səbəb olur”.

Aparılan laborator araşdırmaları göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur. Hətta bir qədər artıq istifadə edilməsi insulta səbəb ola bilər. Üstəlik qazlı su şəkərli diabet xəstələrində şəkərin miqdarının artmasına səbəb olan içkidir və bu xəstəlikdən əziyyət çəkənlərə qadağan edilir.

Qida təhlükəsizliyi mütəxəssisləri şüşə qablarda olan su və su məhsullarının alınmasını məsləhət görürlər. Uzun müddət günəş şüaları altında qalan xüsusilə plastik qablarda olan su və su məhsulları istinin təsiri altında miqrasiya edərək tərkibində olan kimyəvi elementləri suya keçirir və bu, orqanizmə mənfi təsir göstərir.

Orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi suyun qəbul edilməsidir. Gün ərzində orqanizmin tələbat duyduğu qədər rəngsiz və qatqısız su içilməsi sağlamlıq baxımından daha vacibdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR