Qazaxıstanlılar Xocalıya mahnı həsr etdilər
Qazaxıstanlı gənclər bu dəfə də Xocalı soqyqırımına mahnı həsr etdilər
Astanada Xocalı soyqırımı ilə bağlı klip təqdim olunub. Sputnik Azərbaycan-a Qazaxıstan səfirliyindən verilən məlumata görə, "Fevral ildırımı" mahnısının bəstələnməsi və layihənin həyata keçirilməsinin məqsədi dünya ictimaiyyətinə Xocalıya ədalət çağırışı etməkdir.
Qeyd edək ki, sözügedən mahnının ifaçısı olan Azərbaycan əsilli qazaxıstanlı müğənni Neyla Quliyeva, mahnının bəstəkarı Azat Ospanov, klipin prodüseri Dana Rıskeldinovadır. Onlar layihə ilə bağlı təəssüratlarını bölüşüblər.
Klipin yaradıcı heyəti insanlığa qarşı dəhşətli cinayət hesab edilən Xocalı soyqırımı haqqında sənədli filmlərə baxdıqdan sonra belə bir mahnının ərsəyə gətirilməsini planlaşdırıblar.
Qeyd edək ki, sözgedən klipin təqdimatı Qazaxıstanın Almatı, Aktau, Atırau və digər şəhərlərdəə də baş tutacaq. Eyni zamanda təşkil olunan tədbirlərdə Xocalı soyqırımını əks etdirən fotosərgi nümayiş olunub.
Mənbə: Sputnik.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət