Dərc edildi: Baxış sayı: 316
Qazaxıstanın ticarət nazirinin müavini: “Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşməsini gözləyirik”
“Qazaxıstan Azərbaycan ilə əməkdaşlığın daha da dərinləşməsini gözləyir”.
"Report" xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev deyib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlığın inkişafı üçün prioritet ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi və investisiyaların artımı, eləcə də Orta Dəhlizdir.
"Bundan başqa, biz birgə ixrac-idxal əməliyyatlarının inkişafında çox maraqlıyıq. Ümumiyyətlə, birgə biznesə maraq kifayət qədər böyükdür", - Torebayev bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət