Slimfit
  1. AZƏRBAYCAN

Qazaxıstanın maliyyə mərkəzi azərbaycanlı iş adamlarını əməkdaşlığa dəvət edir

Qazaxıstanın maliyyə mərkəzi azərbaycanlı iş adamlarını əməkdaşlığa dəvət edir
Sakura

Qazaxıstanın maliyyə mərkəzi azərbaycanlı iş adamlarını əməkdaşlığa dəvət edir

Bir qədər əvvəl Bakıda, Qazaxıstanda fəaliyyət göstərən Astana Beynəlxalq Maliyyə Mərkəzi (ABMM) ilə azərbaycanlı iş adamlarının görüşü keçirilib. Görüşdə yerli sahibkarlarla maliyyə mərkəzində fəaliyyəti və investisiyaların cəlb edilməsi yolları barədə məlumat verilib, o cümlədən islam maliyyələşdirmə vasitələrinin Azərbaycan biznesinin inkişafına mümkün köməyi barədə müzakirələr aparılıb.

AMMB-nin İslam Maliyyəsi Departamentinin baş eksperti Madina Tukulova "Report"a görüşün daha geniş detalları barədə müsahibə verib: 

- AMBB mütəxəssislərinin Azərbaycan biznesi ilə görüşünün məqsədi barədə danışardınız.

- Milli konfederasiyanın təşkilatçılığı ilə gerçəkləşən ABMM ekspertləri ilə görüşdə 100-dən artıq sahibkarı, Qazaxıstanın Azərbaycandakı səfiri, dövlət qurumlarının nümayəndələri və bank işçiləri iştirak edib. Bu tədbirin məqsədi AMBB-ni Azərbaycan biznesinə təqdim etmək idi. Biz sahibkarlara ABMM-də çalışaraq investisiya cəlb etmək və öz sərmayələrini yatırmaq üçün istifadə edə biləcəkləri vasitələri göstərdik. Azərbaycan sahibkarları üçün maraqlı olan perspektiv sahələrdən biri də ABMM-də fəal şəkildə inkişaf etdirdiyimiz İslam maliyyələşməsidir.

- ABMM ingilis qanunu ilə idarə olunur. Nə üçün məhz bu yuridiksiyanı seçmisiniz?

- İngilis qanun sistemi tanınır və çox sayda beynəlxalq investorlara məlumdur. Bu yurisdiksiyada 80%-dən çox maliyyə mərkəzi fəaliyyət göstərir.

- ABMM iştirakçıları arasında yaranan mübahisələrdə ingilis qanunları işləkdir, yoxsa Qazaxıstanın qanunları?

- İngilis qanunları. ABMM milli hüquq sistemindən ayrı bir yurisdiksiyadır. Bizim öz məhkəməmiz və öz qanunvericiliyini qəbul edən tənzimləyicimiz var, yəni ABMM iştirakçıları üçün xüsusi qanunvericilik bazası yaradılıb.

- Maliyyə mərkəzini yaratmaq üçün Qazaxıstan çox işlər gördü, onlarla qanun qəbul etdi, hətta ölkə konstitusiyasına dəyişiklik olundu ...

- Bəli, ABMM-in açılışına çox böyük hazırlıqlar oldu. Onun yaradılmasına gətirib çıxaran xüsusi qanun qəbul edildi. Eyni zamanda qeyd etmək istərdim ki, ingilis qanunu sahibkarlar üçün yeganə cəlbedici amil deyil. Biz 2066-ci ilə qədər şirkətləri korporativ fərdi mənfəət vergisindən azad edirik. Biz beynəlxalq şirkətlərdən investisiyalar cəlb edə biləcək birjaya daxil olmaq istəyən, lakin müvafiq təcrübəyə malik olmayan şirkətlərə kömək edirik. Xarici vətəndaşlara viza ilə bağlı bütün sualları operativ və asan həll etməsinə yardım edirik.

- İslam maliyyə sementi haqqında ətraflı məlumat verərdiniz: bu sistem necə işləyəcək və Azərbaycan şirkətlərinə nə qazandıracaq?

- ABMM – sahibkar və onun yatırım edəcəyi şirkət üçün görüş yeri olaraq nəzərdə tutulan bir platformadır. İslam maliyyələşməsi çərçivəsində biz şəriət prinsipləri əsasında Azərbaycan şirkətlərinə və layihələrinə pul yatıra biləcək şirkətləri cəlb edirik. Bu gün artıq İslam Bankının filialı, islam Fintek şirkəti bizdə qeydiyyatdadır. Bundan əlavə, islam maliyyə şirkətləri və məhz islam maliyyəsinə maraqlı olan və İslam maliyyə məhsullarını təmin etmək istəyən Azərbaycan şirkətləri də bizə müraciət edə bilərlər. Biz onları qeydiyyatdan keçirə bilərik və onlar maliyyə təmin edə bilərlər. Biz həmçinin Azərbaycanda islam maliyyəsi bölməsinin inkişafına kömək etməyə, bu sahədə öz təcrübəmizi bölüşməyə hazırıq. Biz işçi qrupların təşkilində yardım edə, şirkətlərlə və ya Azərbaycanda İslam maliyyə sənayesinin inkişafı haqqında hökumət təşkilatları ilə görüş keçirə bilərik.

- ABMM-in Bakı Fond Birjası ilə və ya bizim Mərkəzi Bankla əməkdaşlıq planları varmı?

- Biz bütün təşkilatlarla əməkdaşlığa şadıq. Qeyd etmək istərdim ki, bizim öz birjamız var – “Şanxay Fond Birjası” və “Nasdaq” birjası ilə tərəfdaş olaraq yaradılıb. Bundan əlavə, bu fond birjasının inkişafında “İpək Yolu Fondu” və “GoldmanSachs” iştriak edir. Düşünürəm, bizim bu əməkdaşlıq mübadiləsi gələcəkdə də beynəlxalq birjalarla, eyni zamanda Bakı Fond Bırjası və Azərbaycanın Mərkəzi Bankı ilə inkişaf edəcək. Qeyd etdiyim kimi, ABMM-in öz requlyatoru var, o müxtəlif beynəlxalq banklarla əməkdaşlıq məsələlərini həll edir, memorandumlar imzalayır. Biz həmçinin “Yaşıl” maliyyə və yeni maliyyə texnologiyaları sahəsində əməkdaşlığımızı davam etdirə bilərik.

- Bu barədə ətraflı danışardınız...

- “Yaşıl” maliyyə - ətraf mühitin qorunmasına və ekologiyanın yaxşılaşdırılmasına yönəldilmiş layihələrin maliyyələşməsinə cəlb edən maliyyə vasitələridir. Məsələn, deyək ki, külək generatoru və ya günəş panelləri kimi yenilənə bilən mənbələrdən enerji istehsalı ilə məşğul olan şirkətlər bizim birjaya öz qiymətli kağızlarını çıxara bilər və layihələrinin həyata keçirilməsi üçün maliyyələşərlər. İşimizin bir başqa vacib sahəsi də yeni maliyyə məhsulları və texnologiyalarının inkişafıdır. Biz burada yalnız iri layihələrlə işləmirik, həm də satraplarla çalışırıq. ABMM fintek-sartapların beynəlxalq görüş yerinə çevrilib. Fintek-departamentdən əməkdaşlarımız yeni başlayan sahibkarlarla görüşlər təşkil edir. Bu sahibkarlar gələcək layihələrə yeni maliyyə məhsulları və texnologiya yatırımaqda maraqlıdırlar.

- Bir şirkətin ABMM-də qeydiyyatı nə qədər vaxt aparır?

- Əgər şirkətin təqdim etdiyi bütün sənədlər bizim requlyatorun bütün tələblərinə cavab verirsə, qeydiyyat iki həftədən bir aya qədər çəkə bilər. Biz yeni şirkətlərin qeydiyyata alınması və bütün qeydiyyat prosesi boyunca onları müşayiət etməsi üçün xüsusi departament yaratmışıq. Bu xidmət tamamilə pulsuzdur.

- Azərbaycana gəlməmişdən əvvəl yəqin ki, Azərbaycan bazarını öyrənmişdiniz. Hazırkı müştərilərindən qiymətli kağızlarını sizin platformaya köçürə biləcək Azərbaycan şirkətlərindən gözləntiləriniz nədir?

- Qazaxıstan və Azərbaycan arasında qədim dostluq əlaqələri var. Bugünkü görüşdə bir çox rəylər və təkliflər aldıq. Bu ilk addımlardır, biz dayanmayacağıq və Azərbaycan biznesi ilə işləməyə davam edəcəyik. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR