Dərc edildi: Baxış sayı: 523
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
Qazaxıstanın "Ak Jol" Demokratik Partiyasının XV növbədənkənar qurultayı keçirilib.
AZƏRTAC xəbər verir ki, qurultayda partiyanın prezident seçkilərində iştirakı və namizədliyin irəli sürülməsi məsələləri müzakirə olunub.
Qurultayda növbədənkənar prezident seçkilərində Daniya Yespayevanın namizədliyi irəli sürülüb. O, Parlament Məclisinin VI çağırış deputatıdır. Beləliklə, Daniya Yespayeva Qazaxıstanda prezident seçkilərində namizədliyi irəli sürülən ilk qadın olub.
Qazaxıstanda növbədənkənar prezident seçkiləri bu il iyunun 9-da keçiriləcək.
İlahə Əhmədova
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət