Slimfit
  1. DÜNYA

Qazaxıstanda Orta Asiyanın ən iri günəş elektrik stansiyası işə salınıb

Qazaxıstanda Orta Asiyanın ən iri günəş elektrik stansiyası işə salınıb
Sakura

Qazaxıstanda Orta Asiyanın ən iri günəş elektrik stansiyası işə salınıb

 Qazaxıstanın Karaqanda vilayətinin Saran şəhərində 100 mVt gücündə Orta Asiyanın ən iri günəş elektrik stansiyasiya fəaliyyətə başlayıb.

Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə vilayətin administrasiyası məlumat yayıb. 

Məlumatda deyilir ki, 164 hektar ərazidə 307 min V-luq panellər yerləşdirilib. Onlar günəş enerjisini elektrik enerjisinə çevirəcəklər.

Elektrik stansiyasında quraşdırılmış panellər metal arakəsməsi olmayan ən son nəsil günəş batareyalarına aiddir. Məhz bunun sayəsində onların üzərində qar toplanmır, yağ isə heç bir zərər vurmadan sadəcə yerə axıdılır. Hətta ən buludlu havada panellər 10-15 mVt-a qədər enerji istehsal edə bilirlər. Onların istifadə müddəti 40 ildir.

Yeni günəş elektrik stansiyası tam olaraq özəl layihədir. İnvestor qismində Avropa şirkətlər qrupu çıxış edib. Onlar layihəyə 137 mln. ABŞ dolları yatırıblar. Günəş batareyaların daha da effektiv işləməsi üçün Saranda xüsusi olaraq yeni yarımstansiya inşa edilib və bütün elektrik xəttləri bərpa edilib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR