Slimfit
  1. DÜNYA

Qazaxıstan təkzib etdi: Şəhərin adı dəyişdirilmir

Qazaxıstan təkzib etdi: Şəhərin adı dəyişdirilmir
Sakura

Qazaxıstan təkzib etdi: Şəhərin adı dəyişdirilmir

Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev Almatı şəhərinin adının dəyişdirilməsini dəstəkləmir.

Axar.az xəbər verir ki, bu sözləri öz Teleqram kanalında Tokayevin müşaviri Yerlan Karin paylaşıb.

“Olcas Süleymenov cənub paytaxtının adının dəyişdirilməsi ideyasının çoxdankı tərəfdarıdır. Lakin onun prezidentlə görüşü zamanı bu ideyanı xatırlatması o demək deyil ki, dövlət başçısı da onu dəstəkləyir. Prezident hesab edir ki, Almatının inkişafında daha aktual hədəflərə konsentrasiya olmaq lazımdır. Prezident hesab edir ki, bu cür vacib məsələlər kuluarda, kabinetlərdə yox, vətəndaşların, şəhər əhalisinin böyük əksəriyyətinin mövqeyi əsasında həll edilməlidir”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Olcas Süleymenov mətbuata açıqlamasında Prezident Tokayevlə Almatı şəhərinin adının Alma-Ataya qaytarılması barədə müzakirə apardığını və Tokayevin bu ideyanı dəstəklədiyini bildirib.

1993-cü ilə qədər bu şəhər Alma-Ata adlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR