Slimfit
  1. DÜNYA

Qazaxıstan Parlament Məclisinin Sədrində koronavirus aşkarlandı

Qazaxıstan Parlament Məclisinin Sədrində koronavirus aşkarlandı
Sakura

Qazaxıstan Parlament Məclisinin Sədrində koronavirus aşkarlandı

Qazaxıstan Parlament Məclisinin Sədri Nurlan Niqmatulinin koronavirus testi müsbət çıxıb.

Ens.az “Report”-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

Parlament Məclisinin Sədri COVID-19-a görə özünütəcrid edib.

“Məclisin spikeri iyunun 16-da daha bir testdən keçib. Təəssüf ki, test müsbət nəticə göstərib. Təsdiq edilmiş protokola riayət edərək Nurlan Niqmatulin özünütəcrid edib. Məclisin iyunun 17-nə təyin edilmiş plenar iclası onun müavini tərəfindən idarə ediləcək”-deyə, məlumatda qeyd olunub. 

Qeyd edək ki, Qazaxıstanda bir neçə nazir koronavirusa görə özünütəcrid edib.

Ekologiya, geologiya və təbii ehtiyatlar naziri Maqzum Mirsaqaliyev, təhsli və elm naziri Asxat Aymaqambetov, kənd təsərrüfatı naziri Saparxan Omarov və daha bir neçə məmur özünütəcrid rejiminə keçib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR