Slimfit
  1. İQTİSADİYYAT

Qazaxıstan OPEC+ çərçivəsindəki razılaşmaları yerinə yetirəcək

Qazaxıstan OPEC+ çərçivəsindəki razılaşmaları yerinə yetirəcək
Sakura

Qazaxıstan OPEC+ çərçivəsindəki razılaşmaları yerinə yetirəcək

Qazaxıstan OPEC+ formatı çərçivəsində neft hasilatını azaltmaq barədə əldə edilmiş razılaşmaya dair öhdəliklərini yerinə yetirəcək.

Report” “Qazaqparat”a istinadən xəbər verir ki, bu barədə ölkənin enerji nazirinin müavini Əsəd Mağavov brifinqdə bildirib.

O, adıçəkilən razılaşma ilə bağlı neft hasilatının əvvəl nəzərdə tutulduğu 90 milyon bareldən 86 milyon barelədək azalacağını gözlədiklərini qeyd edib.

Ə.Mağavov bildirib ki, sözügedən razılaşmaya görə iştirakçı ölkələr may-iyun aylarında hasilatı 9,7 milyon barel, yəni 23 faiz, iyul-dekabr ayları ərzində ilkin səviyyəyə (2018-ci ilin oktyabr ayı) nisbətən 7,7 milyon barel, yəni 18 faiz, 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprel ayınadək müddət ərzində isə 5,8 milyon barel, yəni 14 faiz azaltmalıdırlar. Hökumət rəsmisi may-iyun aylarında iri və orta həcmli yataqlarda hasilatı azaldacaqlarını qeyd edib.

Qeyd edək ki, OPEC+ razılaşması çərçivəsində Qazaxıstan may-iyun aylarında hasilatı 390 min barel azaltmaq öhdəliyini götürüb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR