Slimfit
  1. İQTİSADİYYAT

Qazaxıstan neft nəqlinin həcmini artırıb

Qazaxıstan neft nəqlinin həcmini artırıb
Sakura

Qazaxıstan neft nəqlinin həcmini artırıb

Xəzər boru kəməri konsorsiumunda (The Caspian Pipeline Consortium (CPC) cari ilin birinci rübündə neft daşınması təxminən 5 faiz artıb. Mart ayında Novorossiysk terminalında 61 tanker yüklənib ki, bu da cari ilin yanvarı ilə müqayisədə 15 neftdaşıyan gəmidən çoxdur.

AZƏRTAC xəbər verir ki, son bir ay ərzində CPC vasitəsilə 6,4 milyon ton neft, bunnun 5,7 milyon tondan çoxu Qazaxıstan yataqlarından – “Tengiz” 2,8 milyon ton, “Karaçağanaq” 973 min ton, “Kaşaqan” 1,8 milyon ton və təxminən 136 min ton neft isə digər Qazaxıstan istehsalçıları tərəfindən göndərilib. Rusiya neft şirkətləri hesabat dövründə 662 min tondan çox xammal göndərib.

Bununla yanaşı, birinci rübdə neft nəqlinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıb. 2019-cu ildə 16,1 milyon ton olan bu göstəribi cari ildə 16,9 milyon tona çatıb.

Qeyd edək ki, CPC boru kəmərinin istismara verildiyi vaxtdan cari il aprelin 1-dək Tengiz-Novorossiysk neft kəməri vasitəsilə dünya bazarına 578 milyon tondan çox Qazaxıstan və 84 milyon tondan artıq Rusiya nefti daşınıb.

Xatırladaq ki, Xəzər boru kəməri konsorsiumu ən böyük beynəlxalq layihədir. “Tengiz” yatağını Novorossiysk dəniz terminalı ilə birləşdirən magistral kəmərin uzunluğu 1511 kilometrdir.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR