Dərc edildi: Baxış sayı: 479
Qazaxıstan latın qrafikasına keçir?
Qazaxıstanda latın qrafikasına keçid mənəvi modernləşmənin əsas mərhələlərindən biridir.
Trend-in məlumatına görə, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev deyib.
O bildirib ki, latın qrafikasına keçid mərhələli şəkildə davam edəcək:
“Bu gün Qazaxıstan dövrün tələblərindən geri qalmır, qonşu ölkələr də latın qrafikasını seçiblər. Dünyada informasiyanın 90 faizi latın qrafikası ilə çap olunur. Kim informasiyaya malikdirsə, onun elmi və texnologiyası inkişaf edir”.
Xatırladaq ki, 2017-ci ilin oktyabrında Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev 2025-ci ilədək mərhələli şəkildə latın qrafikasına keçidlə bağlı fərman imzalamışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət