Slimfit
  1. İQTİSADİYYAT

Qazaxıstan Azərbaycan vasitəsilə mal-qara daşımaq niyyətindədir

Qazaxıstan Azərbaycan vasitəsilə mal-qara daşımaq niyyətindədir
Sakura

Qazaxıstan Azərbaycan vasitəsilə mal-qara daşımaq niyyətindədir

Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə Qazaxısnanın Manğıstau vilayətinin Qarakiyə rayonunun Kurıq limanına diri mal-qara daşınacaq.

Report” Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu daşımalar Qazaxıstan Ət İttifaqı tərəfindən icra edilən və cəmi 5 min iribuynuzlu mal-qara idxalını nərədə tutan 500 milyon təngəlik layihə çərçivəsində həyata keçiriləcək.

Belə ki, mal-qara idxalının bir marşrutu Gürcüstanın dəniz limanlarından Ələt qəsəbəsindəki Bakı Beynəlxalq Dəniz Limanına, oradan da bərə ilə Kurıq limanınadək uzanır. Eyni yolla Qazaxıstan şirkətləri ətlik mal-qaranı İrana və Türkiyəyə ixrac da etmək niyyətindədir.

Qazaxıstanda həyata keçirilən heyvandarlığın inkişafına dair milli proqram çərçivəsində ölkəyə cəmi 960 min mal-qaranın gətirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2018-ci ilin avqust ayında Kurıq limanında Yeni İpək Yolu ilə Bakı dəniz limanına müxtəlif yüklərin dəmir yolu vaqonlarından boşalmadan daşımalarını təmin etmək üçün bərə terminalı açılmışdı. Bununla yanaşı, bərə daşımalarını asanlaşdırmaq məqsədi ilə Azərbaycan və Qazaxıstan limanları arasında yük qaimə sənədlərinin bir pəncərə prinsipilə rəsmiləşdirilməsi qaydası tətbiq olunub. Bununla da rəsmiləşdirmələr 10-12 saatdan orta hesabla 4 saatadək sürətləndirilib.

Həmçinin 2017-ci ilin mart ayında Qazaxıstan, Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə, habelə Ələt – Aktau – Ələt, Ələt – Kurıq – Ələt marşrutlarında bərə ilə yük daşımalarının şərtləri razılaşdırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR