Qaynar çaya sevgi xərçəng yaradır
Mütəmadi olaraq 60 dərəcə Selsidən artıq temperaturu olan çay içmək xərçəng riskini 90 faiz artırır. FaktXeber.com-un məlumatına görə, Tehran Tibb Universitetinin alimlər qrupunun bu barədə apardığı araşdırma International Journal of Cancer jurnalında dərc olunub.
Araşdırmaçılar İranın şimal şərqində 50 mindən artıq sakinin məlumatlarını analiz ediblər. Araşdırma başlayanda – 2004-2008-ci illərdə bu insanların 40-75 yaşı olub. Orta hesabla 10 il müddətində onlar barədə informasiyalar toplanıb. Bu müddət ərzində 317 nəfərdə qida borusunun xərçəngi aşkarlanıb.
Hesablamalar göstərib ki, gündə temperaturu 60 dərəcə selsidən aşağı və azı 700 ml çay içənlərlə müqayisədə çox qaynar çayı seçənlər (temperaturu 60 dərəcədən yuxarı olan) və çox içənlərdə (700 ml çaydan artıq) qida borusu xərçənginə tutulma riski 90 faiz çoxdur.
«İnsanların çoxu çay, qəhvə və digər qaynar içkilərdən həzz alırlar. Lakin araşdırmalar zamanı məlum olub ki, çox qaynar içkilərə sevgi ölümlə nəticələnə bilər. Buna görə, içməzdən əvvəl onun bir az soyumasını gözləmək tövsiyə edilir», - deyə araşdırmanın aparıcı müəllifi Fərhad İslami bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət