Slimfit
  1. ƏDƏBİYYAT

Qayğısız Abdal - Qaz

Qayğısız Abdal - Qaz
Sakura

Qayğısız Abdal - Qaz

Bir qaz aldım mən qandan,
Boynu da uzun borudan,
Qırx abdal qanm qunıdan,
Qırx gün oldu qaynadıram qaynamaz.

Səkkizimiz odun çəkər,
Doqquzumuz atəş yaxar,
Qaz qaldırmış başın baxar,
Qırx gün oldu qaynadıram qaynamaz.

Qaza verdik bir çox axça 
Əti kəmigindən pəkcə,
Nə qazan qaldı nə kəpcə,
Qırx gün oldu qaynadıram qaynamaz.

Qaz deyilmiş bə bu azmış,
Qırx il Qaf dağını gəzmiş.
Qanadın quyruğun düzmüş,
Qırx gün oldu qaynadıram qaynamaz.

Qazı qoyduq biz ocağa,
Uçdu getdi bir bucağa,
— Bu nə haldır, hacı ağa?
Qırx gün oldu qaynadıram qaynamaz.

Qazımın qanadı səlki,
Dişi qoyun əmmiş tülki,
Nuh Nəbidən qalmış bəlki,
Qırx gün oldu qaynadıram qaynamaz.

Qazımın qanadı san,
Gəmiyi ətindən an
Sağlıq ilə satma, qan
Qırx gün oldu qaynadıram qaynamaz.

Qazımın qanadı ala,
^ar> yürü, get gülə-gülə,
Başımıza qatma bəla,
Qırx gün oldu qaynadıram qaynamaz.

Suyuna biz saldıq bulqur,
Bulqur Allah deyə qalxır,
Bə yaranlar bu nə haldır:
Qırx gün oldu qaynadıram qaynamaz.

Qayğısız Abdal! Nedelim,
Əhd ilə vəfa güdəlim,
Qaldır postu biz gedəlim
Qırx gün oldu qaynadıram qaynamaz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR